İnsanlara hürriyət, millətlərə istiqlal!

Eks-nazir Paşinyanı tənqid etdi, oğluna cinayət işi açıldı

Ermənistanın keçmiş xarici işlər naziri Vardan Oskanyanın oğluna qarşı dələduzluqla bağlı cinayət işi başladılıb.

Musavat.com bildirir ki, bu barədə erməni mediası açıqlama yayıb

KİV-in məlumatına görə, Ara Oskanyan həbsdə olan əmlakı satmaqda ittiham olunur. Sabiq nazirin oğlu çoxdan hüquq-mühafizə orqanlarının əməkdaşlarının nəzarətindədir. Belə ki, 2017-ci ildə o, borclu şəxsi qaçırmaqda şübhəli bilinərək saxlanıb. Lakin sonradan iş bağlanıb.

Hesab olunur ki, eks-nazirin oğlunun işinin təzələnməsi təsadüfi deyil. Bu günlərdə Vardan Oskanyan Nikol Paşinyanın siyasətini sərt tənqid edən açıqlama ilə çıxış etmişdi və bu iş onun “dilini kəsməyə” hesablanıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

11 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR