Onlayn ictimai-siyasi qəzet
İstanbul şəhərinin Baş Prokurorluğu bələdiyyə sədri Əkrəm İmamoğlunun həbsi ilə bağlı məlumatları təkzib edib.
Musavat.com Teleqraf-a istinadla xəbər verir ki, bu barədə “Sözcü” qəzeti məlumat yayıb.
Nəşrin bildirdiyinə görə, İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğlu haqqında həbs qərarı çıxarıldığı xəbəri Baş Prokurorluqdakı mənbələr tərəfindən “qərarların hələ yekunlaşmadığı və qəti şəkildə elan edilmədiyi” səbəbi ilə təkzib edilib.
Xatırladaq ki, bundan əvvəl Türkiyə mətbuatında Əkrəm İmamoğlunun korrupsiya işi çərçivəsində həbs edildiyi, terror istintaqı çərçivəsində isə məhkəmə qərarının gözlənildiyi barədə məlumat yaymışdı.
Bu gün keçirilən məhkəmə iclasında Əkrəm İmamoğlunun “silahlı terror təşkilatına yardım etmək”, “cinayətkar dəstə yaratmaq”, “tenderi saxtalaşdırmaq” və “rüşvət almaq” ittihamları ilə həbsi tələb olunub.
25 Mart 2025
ŞƏRHLƏRŞƏRH YAZ