İnsanlara hürriyət, millətlərə istiqlal!

Əkrəm İmamoğluna böyük zərbə – Diplomu ləğv edildi, seçkiyə qatıla bilməyəcək!

Türkiyədə prezident Rəcəb Tayyib Ərdoğanın əsas siyasi rəqibi, İstanbul meri Əkrəm İmamoğlunun diplomu ləğv edilib.

Musavat.com xəbər verir ki, İstanbul Universiteti 1990-cı ildə İmamoğlunun Şimali Kiprdəki universitetdən İstanbul Universitetinə köçürülməsini qanunsuz hesab edərək, onun ali təhsil sənədini etibarsız elan edib.

Bu qərar Türkiyə qanunvericiliyinə əsasən İmamoğlunun prezidentliyə namizədliyinin qarşısını alır. Türkiyədə prezidentliyə namizəd olmaq üçün ali təhsil vacibdir və İmamoğlunun diplomunun ləğvi onun seçki yarışına qatılmasını mümkünsüz edir.

Diplom ləğvi yalnız İmamoğluna aid deyil – onunla yanaşı, daha 27 nəfərin də universitetə köçürülməsi qanunsuz sayılaraq diplomları etibarsız elan edilib.

Müxalifətdəki Cümhuriyyət Xalq Partiyası (CHP) bu qərara etiraz edərək məsələni parlamentdə müzakirəyə çıxarıb. Partiya bu addımın siyasi motivli olduğunu və İmamoğlunun qarşıdan gələn seçkilərdə iştirakına mane olmaq məqsədi daşıdığını bildirir.

Bu qərar Türkiyədə siyasi gərginliyi artırıb və İmamoğlunun gələcək siyasi karyerasına ciddi təsir edə bilər. Müxalifət və tərəfdarları bu qərarı hökumətin İmamoğlunu siyasi səhnədən uzaqlaşdırmaq cəhdi kimi qiymətləndirir.

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

19 Mart 2025

18 Mart 2025

BÜTÜN XƏBƏRLƏR