İnsanlara hürriyət, millətlərə istiqlal!

Əhməd Obalı: "İlham Əliyevin çıxışları güneyliləri çox sevindirir"

"İlham Əliyev bütün dünya azərbaycanlılarının prezidenti olduğunu sübut etdi. O, Azərbaycan tarixində son 200 ildə yeganə dövlət başçısıdır ki, torpaq verməyib, torpağı işğaldan azad edib".

Musavat.com xəbər verir ki, bu sözləri Güney Azərbaycanın milli fəalı, Güney Azərbaycan Televiziyasının (Günaz TV) rəhbəri Əhməd Obalı Mətbuat Şurasındakı görüşündə deyib.

Əhməd Obalı qeyd edib ki, Prezident İlham Əliyevin müxtəlif platformalarda Güney Azərbaycan, güneylilərin hüquq və azadlıqları haqqındakı çıxışları güneyliləri mənnun edir, onları çox sevindirir:

"İlham Əliyevin xüsusən son çıxışı bizi çox məmnun etdi. Onun hər çıxışından sonra biz qəti şəkildə bütöv Azərbaycan olacağımıza inanırıq. Çünki bu sözləri bütün dünya azərbaycanlılarının Prezidenti İlham Əliyev deyir. Hansı ki, dediyi bütün sözlər öz həllini tapır".

Xalidə Gəray
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

11 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR