İnsanlara hürriyət, millətlərə istiqlal!

Əhməd əş-Şara Türkiyəyə gedir – İLGİNC DETALLAR

Suriyanın müvəqqəti lideri Əhməd əş-Şara prezident Ərdoğanın proqramı uyğun olduğu halda 4 və ya 5 fevral tarixində Türkiyəyə səfər edəcək.

Musavat.com xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

Şara ilk xarici səfərlərini Səudiyyə Ərəbistanı və Türkiyəyə etməyi planlaşdırır. Onun Səudiyyə Ərəbistanına səfərinin bu gün baş tutacağı gözlənilir.

Məlumata əsasən, Ərdoğanın Şara ilə görüşündə Türkiyənin Suriyanın inkişafına verəcəyi dəstək gündəmdə olacaq.

Qeyd edək ki, Türkiyənin Dəməşq səfirliyi əsas heyətlə fəaliyyətə başlayıb. Kızılay, TİKA, Yunus Əmrə ofisləri açılıb, AFAD-ın yardımları davam edir. Milli Dialoq Konfransından sonra ölkədə yeni kabinetin formalaşması gözlənilir.

Türkiyə üçün Əhməd əş-Şara ilə görüşdə önəmli mövzulardan biri təbii ki, təhlükəsizlik olacaq. PYD/YPG-nin ləğvi və İŞİD-in yenidən təhlükəsizlik riskinə çevrilməsinin qarşısının alınması, Ankaranın təhlükəsizliyi, Dəməşqin ərazi bütövlüyü prioritet təşkil edəcək.

Xatırladaq ki, Əhməd əş-Şaranın prezident elan edilməsindən sonra Dəməşqdə qəbul etdiyi ilk lider Qətər Əmiri Şeyx Təmim bin Həməd Al Tani olub.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

02 Fevral 2025

BÜTÜN XƏBƏRLƏR