Onlayn ictimai-siyasi qəzet
Bu gündən etibarən paytaxt Bakıda zəif və az səviyyəli geomaqnit qasırğası müşahidə olunacaq. Buna səbəb Günəşdə ard-arda baş verən güclü partlayışlar olub.
Zəif səviyyəli qasırğa ötən gecə saat 00:00-dan etibarən hiss edilməyə başlayıb, səhər saat 06:00-09:00 aralıqlarında nisbətən zəifləyib.
Günorta saat 12-dən müşahidə ediləcək zəif səviyyəli geomaqnit qasırğası isə saat 15:00-18:00-ə qədər bir qədər güclənəcək.
Qeyd olunub ki, qasırğa aprelin 23-ünədək davam edəcək.
Geomaqnit qasırğası meteohəssas, yaşı 60-dan yuxarı olanlar və hər hansı bir xəstəliyi olan insanlarda narahatlıq yarada bilər. Belə günlərdə başağrısı, başgicəllənmə, ürəkbulanma, əzələ və oynaqlarda ağrı və yuxusuzluq halları baş verə bilər.
Geomaqnit qasırğasının sağlamlığa mənfi təsirini azaltmaq üçün telefon, kompüter, planşet, televizor kimi əşyalardan minimum istifadə edilməlidir.
BAKU.WS
24 Dekabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ