Onlayn ictimai-siyasi qəzet
Gələn ilin ilk aylarından minimum əməkhaqqı və pensiya məbləğlərinə dəyişiklik ediləcəyi proqnozlaşdırılır.
Bunu Xəzər TV-yə açıqlamasında iqtisadçı ekspert Rəşad Həsənov bildirib.
Onun sözlərinə görə, müavinət və təqaüdlərin artırılacağına dair sosial paketin açıqlanması ehtimalı da yüksəkdir.
"Gözlənilir ki, 2024-cü ilin əvvəlindən bu göstəriciyə dəyişiklik ediləcək. Minimum əməkhaqqı təxminən 10 faiz - 400 manata qədər artırıla bilər".
Millət vəkili Vüqar Bayramov da bildirib ki, 2024-cü ilin yanvarında pensiyalar və əməkhaqlarında artımlar olacaq.
Ətraflı videomaterialda izləyə bilərsiniz:
22 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ