Onlayn ictimai-siyasi qəzet
Öz əhalisini qorxutmaq Ermənistan üçün ən yaxşı yol deyil.
Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bunu həftəlik brifinqdə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova söyləyib.
M.Zaxarova Ermənistanın baş naziri Nikol Paşinyanın “Ermənistan tərəfinin Azərbaycanla delimitasiya və demarkasiya məsələlərini müzakirə etməkdən imtina edəcəyi təqdirdə, həftə sonuna qədər müharibənin başlaya biləcəyi” bəyanatına münasibət bildirib.
“Bu məsələləri sakit, konstruktiv şəkildə həll etmək lazımdır, bunun mexanizmi var - bu, Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası üzrə komissiyadır. Biz öz təcrübəmizi nəzərə alaraq bu işə kömək etməyə hazırıq, yuxarıda göstərilən prinsiplər əsasında bu struktur çərçivəsində iş aparılmalıdır”, - deyə Zaxarova bildirib.
Onun sözlərinə görə, Ermənistanın baş nazirinin dedikləri heç bir halda Rusiya ilə əlaqələndirilməməlidir, bu, yalnız ölkə rəhbərliyinin Qərblə təmaslarda qərar verdiyi qərardır.
Musavat.com
27 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ