İnsanlara hürriyət, millətlərə istiqlal!

Əhali içki və tütünə 816 milyon manat pul xərcləyib

Azərbaycanın pərakəndə ticarət şəbəkəsində bu ilin yanvar-aprel aylarında istehlakçılar tərəfindən içkilər və tütün məmulatlarına 815,7 milyon manat xərclənib.

Musavat.com Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 0,1% çoxdur.

Bu ilin 4 ayında istehlakçıların pərakəndə ticarət şəbəkəsində xərclədiyi vəsaitin 4,9%-i içkilər və tütün məmulatlarının alınmasına sərf olunub.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

20 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR