Onlayn ictimai-siyasi qəzet
İspan musiqisinin əfsanəvi adı olan Xulio İqleasias hava limanında saxlanılıb.
Enrike İqlesiasın atası olan müğənni Xulio İqlesias Baham adalarından getdiyi Dominikan Respublikasının Punta Kana hava limanında saxlanılıb. Müğənninin çamadanında 42 kilo yemək tapılıb. Çamadanlar müsadirə edilib.
Xulio Dominikan hakimiyyətinə nə üçün çamadanında bu qədər çox yemək olduğunu izah etməli olub.
Müğənninin çamadanında ət və tərəvəz məhsulları tapıldığı iddia edilir.
Qeyd edək ki, Xulio İqlesiasın fiziki və hərəkətlilik problemlərinin olduğu və adətən əlil arabasından istifadə etdiyi bildirilib. Hətta onun yaddaş problemi olduğu, mahnılarını unutduğu da deyilir. (Publika.az)
11 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ