İnsanlara hürriyət, millətlərə istiqlal!

Əfqanıstanın universitetlərində tələbə qızlar üçün dərslər dayandırılıb

Əfqanıstanda “Taliban” höküməti ölkə universitetlərindən növbəti xəbərdarlığa qədər tələbə qızlar üçün dərslərin dayandırılmasını tələb edib.

“Report” xəbər verir ki, bu barədə “Ariana News” telekanalı məlumat yayıb.

Ölkənin Nazirlər Kabinetinin qərarına əsasən, qızlar üçün dərslər növbəti bildirişə qədər dərhal dayandırılmalıdır.

Bundan əvvəl noyabrın 10-da qadınların Əfqanıstan paytaxtında ictimai parklara, noyabrın 25-də isə kişilərin müşayiəti olmadan tibb müəssisələrinə girişinə qadağa qoyulub.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

12 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR