İnsanlara hürriyət, millətlərə istiqlal!

Əfqanıstandakı vəziyyət müzakirə edildi

Londonda Tacikistan xarici işlər nazirinin müavini Şərəf Şeralizoda və Böyük Britaniyanın Avropa və Şimali Amerika məsələləri üzrə dövlət naziri Leo Doçerti əməkdaşlıq haqqında idarələrarası sənəd imzalayıblar.

Bu barədə APA-ya Tacikistan XİN-ə istinadən məlumat verilib.

Dialoq zamanı tərəflər siyasət və iqtisadiyyat, investisiya və biznes, təhsil və mədəniyyət, su və iqlim, terrorizm və ekstremizm kimi təhlükəsizlik çağırışları və təhdidləri, habelə narkotiklərlə mübarizə sahələrində ikitərəfli əməkdaşlığın geniş spektrini müzakirə ediblər.

Görüşdə Əfqanıstandakı vəziyyət və sərhədlərin möhkəmləndirilməsinin zəruriliyi mövzularına toxunulub.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

08 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR