İnsanlara hürriyət, millətlərə istiqlal!

Əfqanıstanda tiryək bitkisi əkinlərinin məhv edilməsi kampaniyası başlayıb

Əfqanıstanın qərbində yerləşən Herat əyalətində narkotiklərlə mübarizə idarəsinin əməkdaşları xaşxaş (tiryək bitkisi) əkinlərinə qarşı kampaniyaya başlayıblar.

AZƏRTAC xəbər verir ki, bu barədə TOLO News telekanalı hüquq-mühafizə orqanlarına istinadla məlumat yayıb. Əyalətin müxtəlif yerlərində yüzlərlə hektar ərazinin xaşxaşdan təmizləndiyi və kampaniyanın davam etdiyi bildirilir. Narkotiklərlə mübarizə idarəsinin əməliyyatlara cəlb olunmuş əməkdaşlarını xüsusi təyinatlılar müşayiət edirlər.

Ölkənin qərbindəki Qor və Badqis, cənub-qərbindəki Nimroz əyalətlərində də xaşxaş əkinlərinin məhv edilməsi əməliyyatlarına hazırlıq görülür. Fermerlər Əfqanıstanın müvəqqəti hökumətini alternativ məhsul yetişdirməkdə onlara kömək etməyə çağırıblar.

Təxminən bir il əvvəl, 2022-ci il aprelində “Taliban” hərəkatının ali lideri Heybətullah Axundzadə Əfqanıstanda tiryək bitkisinin becərilməsini, bütün növ narkotik vasitələrin istifadəsini və daşınmasını, habelə onların ticarətini qadağan edən fərman imzalayıb. Buna baxmayaraq, ölkədə narkotik vasitələr istehsalı artmaqda davam edir. BMT-nin narkotiklər və cinayətkarlıq idarəsinin (UNODC) məlumatına görə, Əfqanıstanda ötən il tiryək istehsalı 2021-ci illə müqayisədə 32 faiz artıb. Bu ölkə dünyanın tiryəkə olan tələbatının 80 faizini ödəyir.

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

08 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR