Onlayn ictimai-siyasi qəzet
Əfqanıstanda ən azı 170 nəfər anomal soyuq qış səbəbiylə hipotermiyadan ölüb.
Bunu ölkənin “Taliban” hökumətinin Fəlakətlərin İdarə Edilməsi və Humanitar İşlər Nazirliyi sözçüsü Şəfiullah Rəhimi bildirib.
Rəhiminin sözlərinə görə, ölənlərin arasında uşaq və qadınlar da var.
Bundan əlavə, Əfqanıstanın 34 əyalətindən 24-də son üç həftə ərzində daha 30 nəfər şaxta və qardan zərər çəkib.
Rəhimi qeyd edib ki, anomal hava şəraiti səbəbindən 150-dən çox yaşayış binası dağılıb, 80 mindən çox mal-qara tələf olub.//Oxu.az
11 Oktyabr 2024
00:22 COP29-un prezidenti: Yeni Kollektiv Kəmiyyət Məqsədi danışıqların əsas prioriteti olaraq qalır
10 Oktyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ