İnsanlara hürriyət, millətlərə istiqlal!

Əfqanıstanda bombalı hücum: Bəlx qubernatoru öldü  

Əfqanıstanın şimalındakı Bəlx vilayətində valilik binasına bombalı hücum olub.

Musavat.com xarici mediaya istinadən xəbər verir ki, hücum zamanı Bəlx valisi Məhəmməd Davud Muzamil və 2 nəfər həyatını itirib.

Bəlx polis sözçüsü Asif Vəziri verdiyi açıqlamada, "Bu gün saat 09:00 radələrində qubernatorluğun ikinci mərtəbəsində partlayış baş verib. Vali Muzamil və 2 mülki vətəndaş həyatını itirib" deyib.

Vəziri hücumla bağlı təhqiqatın başladığını və vəziyyət aydınlaşdıqca daha ətraflı məlumat verəcəyini bildirib. Yerli təhlükəsizlik mənbələri 5 nəfərin yaralanaraq xəstəxanaya aparıldığını açıqlayıblar. 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

09 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR