İnsanlara hürriyət, millətlərə istiqlal!

Əfqan qadınların ah-fəqanı – “Taliban” onlarla 21-ci əsrin kölələri kimi davranır

Əfqanıstanda quldarlıq quruluşu ictimai formasiyasına xas idarəetmə rejimi quran “Taliban” hökuməti dünyanı heyrətləndirməkdə davam edir.

Müasir dünyanın yaşam tərzindən imtina edən qatı teokratik rejim bu dəfə ölkənin bəzi əyalətlərində 10 yaşdan yuxarı qızların məktəbə getməsini qadağan edib.

Bundan əvvəl mollakratiya rejimi qadınların küçəyə kişi qohumlarının müşayiəti olmadan çıxmalarını, işləmələrini yasaqlamış, musiqi alətlərinin toplanıb yandırılmasını təşkil etmiş, gözəllik salonlarını bağlamış, hər növ şənliklərin keçirilməsinə qadağa qoymuşdu.

Xarici media qurumlarının yaydığı xəbərə görə, ölkənin təhsil siyasətini həyata keçirən dövlət qurumunun rəsmiləri Qəzni vilayətindəki məktəblərin direktorlarına 10 yaşından yuxarı qızların təhsil almasına icazə verilmədiyi barədə xəbərdarlıq edilib. Bu, o deməkdir ki, bu və digər vilayətlərdə qızlar yalnız 3 sinif həcmində, ibtidai təhsil ala bilərlər. Bu isə yalnız hansısa mətni üzündən oxumağa kifayət edir.

afqan.JPG (51 KB)

2021-ci ildə Əfqanıstanda baş verən dövlət çevrilişindən, ABŞ hərbi kontingentin in on minlərlə insanı “Taliban”ın terroru qarşısında əliyalın qoyub ölkəni tərk etməsindən sonra asanlıqla hakimiyyətə yiyələnən teokratik qüvvələr əvvəlcə qadınlara qarşı əvvəlki hakimiyyətləri dövründəki kimi sərt olmayacaqlarını açıqlasalar da, buna inanan, güvənən az olmuşdu.

Həmin şəxslər bildirirdilər ki, “Taliban” ölkədə tam kökmranlıq etməyə başlayan kimi bütün azadlıqları məhdudlaşdıracaq, ayrıca qadınlarla kölə kimi davranacaq. Onların proqnozu tam doğrulub. Qısa müddətdən sonra “Taliban” qızların tam orta təhsil almasını qadağan edib və get-getdə təhsil üçün yaş senzini azalda-azalda gedir. Bu rejim ölkədə yalnız oğlanların təhsil almasını məqbul sayır, o da o şərtlə ki, təhsil dini ağırlıqlı olsun.

Belə bir şəraitdə təbii ki qızların kollec və universitetdə ixtisas və ali təhsil alması da qadağan edilib. Bu səbəbdən “Taliban” hakimiyyətə gələnə də qədər kollec və universitetlərə qəbul olunmuş minlərlə qızın təhsili yarımçıq qalıb.

210831142756-11-afghanistan-0831.jpg (127 KB)

Qadınlara qarşı məhdudiyyətlər təkcə təhsil və işlə bağlı deyil, onlara ictimai həyatın bütün sahələrində qadağa qoyulub, o cümlədən dini rejim onların media azadlıqlarını da məhdudlaşdırıb. Ifqanıstanda heç bir qadın yerli və qeyri-hökumət təşkilatlarında işləyə bilməz.

Beynəlxalq birlik, o cümlədən BMT kimi nüfuzlu təşkilatlar ötən ay “Taliban” hakimiyyətinə Əfqanıstanda qadın və qızlara tətbiq edilən məhdudiyyətləri artırdığı üçün irad bildirsə də, bu, rejim rəhbərlərinin vecinə deyil. Onlar sadəcə, ayrıca götürülmüş ölkədə özlərini dünyadan təcrid edərək, öz dünyalarını quraraq, döş dövrünə qayıdaraq yaşamağı üstün tuturlar.

Sosioloqların fikrincə, “talib”lərin yeritdiyi bu rejim kütləvi savadsızlığa gətirib çıxaracaq, nəticədə qadın həkimlərin çatışmaması üzündə xəstəlikdən ölən qadınların sayını katastrofik həddə qədər artıracaq.

A.Altaylı, Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Oktyabr 2024

04 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR