İnsanlara hürriyət, millətlərə istiqlal!

EASA-dan Rusiyaya QADAĞA

Avropa Aviasiya Təhlükəsizliyi Agentliyi (EASA) Ukraynadakı müharibə ilə əlaqədar Rusiya üçün aviasiya sahəsində məhdudlaşdırıcı tədbirlər dərc edib.

Tədbirlərə qeydiyyat dövlətindən asılı olmayaraq Rusiya aviadaşıyıcıları və ya təyyarələri üçün Avropa İttifaqına, onun ərazisindən və ya üzərindən uçuşlara qadağa daxildir.

Rusiya Federasiyasına texniki yardımın göstərilməsi və ya aviasiya sənayesində mal və texnologiyalarla bağlı digər xidmətlərin göstərilməsi qadağan edilir; və bu, malların və texnologiyaların tədarükü, istehsalı, saxlanması və istifadəsinə də aiddir.

Agentlik həmçinin fövqəladə eniş və ya fövqəladə uçuş halları istisna olmaqla, hər-hansı Rusiya təyyarəsinin Avropa İttifaqının ərazisinə enməsinə, oradan havaya qalxmasına və ya uçmasına qadağa qoyur.

Qərargahı Kölndə yerləşən EASA 2002-ci ildə yaradılmış Avropa Aviasiya Təhlükəsizliyi Agentliyidir.

Mənbə: RİA Novosti

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

10 Oktyabr 2024

09 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR