İnsanlara hürriyət, millətlərə istiqlal!

Bunu etsəniz, 60 manat CƏRİMƏLƏNƏCƏKSİNİZ!

Bakı şəhər Dövlət Yol Polisi İdarəsi nəqliyyat vasitələrinin səkilərdə park edən sürücülərə müraciət edib.

Musavat.com xəbər verir ki, bu barədə Bakı Şəhər DYPİ-nin Təbliğat və ictimai işlər üzrə rəisi, polis kapitanı Toğrul Nəsirli məlumat yayıb.

Bildirilib ki, Bakı Şəhər DYP İdarəsi tərəfindən piyadaların iştirakı ilə baş verə biləcək yol-nəqliyyat hadisələrinin qarşısının alınması və qəzaların sayının minimuma endirilməsi istiqamətində mütəmadi olaraq nəzarət-profilaktiki tədbirlər həyata keçirilir:

"Piyada qəzalarının baş verməsinə səbəb olan amillərdən biri də nəqliyyat vasitələrinin səkilərdə park edilməsidir.

Belə ki, apardığımız müşahidələr deməyə əsas verir ki, dəfələrlə edilən xəbərdarlıqlara və həyata keçirilən inzibati tənbeh tədbirlərinə baxmayaraq bəzi sürücülər yenə də nəqliyyat vasitələrini piyadaların rahat və təhlükəsiz hərəkəti üçün nəzərdə tutulan səkilərdə park edirlər. Nəzərə almaq lazımdır ki, belə olduğu təqdirdə piyadalar avtomobil yolunda hərəkət etmək məcburiyyətində qalırlar və bu da öz növbəsində piyadaların iştirakı ilə baş verə biləcək yol-nəqliyyat hadisələrinə real zəmin yaradır.

Mövcud qanunvericiliyin tələbinə əsasən səkilərdə nəqliyyat vasitələrinin dayanması və durması qadağandır və qayda pozuntusu aşkar edildiyi halda sürücü barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 346.9-cu maddəsinə əsasən 2 cərimə balı və 60 manat məbləğində cərimə tətbiq ediləcək".

Toğrul Nəsirli qeyd edib ki, sürücülərdən dayanma və durma qaydalarına ciddi şəkildə riayət etmələrini və yol hərəkətinin ən müdafiəsiz iştirakçıları olan piyadalara maneə yaratmamalarını xahiş edirik.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

17 Aprel 2025

16 Aprel 2025

BÜTÜN XƏBƏRLƏR