İnsanlara hürriyət, millətlərə istiqlal!

DYP-dən sürücülərə, valideyinlərə və məktəb kollektivlərinə MÜRACİƏT

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi (DYP) sürücülərə, valideyinlərə və məktəb kollektivlərinə müraciət edib.

İdarənin baş inspektoru polis mayoru Araz Əsgərli Musavat.com-a bildirilib ki, səhər saatlarında gözlənildiyi kimi paytaxtın əsasən Nərimanov, Nəsimi, Yasamal, Səbail, Binəqədi, Nizami və Xətai rayonlarının ərazisində avtomobillərin sıx hərəkətləri daha çox müşahidə olunur:

"Yollarda bu gündən etibarən azyaşlı və yeniyetmələrin piyada qismində hərəkətləri xüsusəndə məktəblərə yaxın ərazilərdə dahada çoxalacaq. Sürücülərdən son dərəcə məsuliyyətli olmağı hərəkət surətinə, yol nişanlarına, piyada keçidlərinə yaxınlaşarkən diqqəti artırmağı, valideyinlərdən və məktəb kollektivlərindən uşaqları mütəmadi olaraq təlimatlandırmağı xahiş edirik! Hər hansısa bir bədbəxt hadisənin, qəzaların baş verməməsi üçün bütün hərəkət iştirakçılarından yollarda təhlükəsizlik qaydalarına qarşı ciddi münasibət göstərməyini bir daha xahiş edirik!"

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

13 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR