İnsanlara hürriyət, millətlərə istiqlal!

DYP-dən qarlı hava ilə bağlı sürücülərə MÜRACİƏT

Bakı Şəhər Dövlət Yol Polisi (DYP) İdarəsi hava şəraitinin kəskin dəyişəcəyi ilə əlaqədar sürücülərə müraciət edib.

İdarənin baş inspektoru polis mayoru Araz Əsgərli Musavat.com-a açıqlamasında bildirib ki, yanvarın 8-dən Bakıda və Abşeron yarmadasında hava şəraitin kəskin dəyişəcəyini nəzərə alaraq sürücülər nəqliyyat vasitələrinin texniki sazlığına diqqət yetirməlidirlər.

“Təkərlərin qış mövsümünə uyğunluğu, şüşə silgəclərinin, xüsusilə əyləc sistemlərinin sazlığına diqqət yetirməklə avtomobillərin idarə edilməsini tam təklükəsiz şəraitdə, ara məsafəsini gözləməklə, sürət həddinə ciddi nəzarət etməklə idarə etsinlər. Bir daha sürüclərimizdən hava şəraitinə uyğun olaraq nəqliyyat vasitəsini tam sazlığının diqqətdə saxlamağı xahiş edirik” – A.Əsgərli əlavə edib.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

10 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR