İnsanlara hürriyət, millətlərə istiqlal!

DYP bu sürücüləri cərimələdi - VİDEO

Dövlət Yol Polisi İdarəsinin (DYP) əməkdaşları "MİDA" yaşayış kompleksində piyadaların hərəkətinə maneə yaradan sürücüləri cərimələyib.

Musavat.com xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) məlumat yayıb.

Bildirilib ki, "MİDA" yaşayış kompleksinin sakinlərinin 050 800 09 02 whatsapp nömrəsinə gələn çoxsaylı müraciətləri əsasında qeyd olunan ərazidə nəzarət-profilaktiki tədbirlər həyata keçirilib, yol hərəkəti qaydalarını pozaraq avtomobillərini piyada səkilərində saxlayan sürücülər məsuliyyətə cəlb edilib.

Bir daha bütün sürücülərdən səkilərdə avtomobil saxlayaraq piyadaların hərəkətinə maneə olmamaları, onların həyatı üçün təhlükə yaratmamaları tələb olunur.

Qeyd olunan ərazidə bundan sonra da mütəmadi olaraq belə tədbirlər həyata keçiriləcəkdir.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

30 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR