Onlayn ictimai-siyasi qəzet
“Bizim siyasi rüsvayçılığımız ondadır ki, hakimiyyətə gəldikdən sonra Qarabağ məsələsində 30 il ərzində mövcud olmuş eyni məntiq çərçivəsində yaşadıq və o məntiqə inandıq, güvəndik”.
Musavat.com xəbər verir ki, bu fikirləri jurnalistlərə açıqlamasında Ermənistan parlamentinin spikeri Alen Simonyan bildirib.
Onun sözlərinə görə, bu məntiq belə idi:
“Ruslara zəng edərik və onlar müharibəni dayandırar”.
“Bax, bu bizim rüsvayçılığımızdır. Düşünürdük ki, bu sistem işləyirsə, onu dəyişməyə ehtiyac yoxdur. Amma müharibəni gəlib ciblərimizə atdılar və getdilər. Bəli, utancvericidir ki, biz müharibənin, illüziyanın və yalanın bizə sırınmasına imkan verdik”, - deyə Simonyan vurğulayıb.
O bildirib ki, 2020-ci ilin yanvarında üçüncü prezident Serj Sərkisyan korrupsiya ittihamı ilə mühakimə olunarkən əlinə meqafon götürərək Qarabağın heç vaxt Azərbaycanın tərkibində olmayacağını demişdi.
“Mən düşündüm ki, o, nə danışır? Onlar hər şeyi çox yaxşı bilirdilər – bunu 2016-cı ilin Aprel müharibəsi zamanı da bilirdilər. Bizim siyasi rüsvayçılığımız ondadır ki, hakimiyyətə yeni gəldiyimiz zaman Ermənistan və erməni xalqına bu qədər düşmən münasibət göstərilə biləcəyini təsəvvür belə etmirdik”, - deyə Alen Simonyan əlavə edib.
Musavat.com
08 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ