İnsanlara hürriyət, millətlərə istiqlal!

“Düşmənlərin Rusiyanı təcrid etmək cəhdləri baş tutmadı”- Lavrov

“Qərb ölkələrinin Rusiyaya qarşı apardığı hibrid müharibənin məqsədləri onu döyüş meydanında məğlubiyyətə uğratmaq və iqtisadiyyatı məhv olmuş yararsız dövlətə çevirməkdir”.

Azpost.info xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov Dövlət Dumasında çıxışı zamanı bildirib.

Lavrov qeyd edib ki, düşmənlərin Rusiyanı təcrid etmək cəhdləri baş tutmayıb: “Qərb Rusiyanı təcrid edə bilməyib və dost olmayan ölkələr bunu etiraf etməyə məcburdur. Prezident Vladimir Putinin milli maraqların müdafiəsi və eyni zamanda Rusiyanı geniş, bərabərhüquqlu, beynəlxalq əməkdaşlığa açmaq üçün təsdiq etdiyi xarici siyasət kursu öz səmərəliliyini sübut edir”.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

10 Oktyabr 2024

09 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR