Onlayn ictimai-siyasi qəzet
Rusiyalı tanınmış filosof və ictimai xadim Aleksandr Duqin İsrailin İrana qarşı həyata keçirdiyi son dron hücumlarını şərh edərək bunun təsadüfi olmadığını bildirib.
Musavat.com xəbər verir ki, Duqin bu barədə şəxsi Telegram kanalında paylaşım edib.
“İranda dronların yerləşdirilməsi və istifadə olunması, yaxın keçmişdə Kiyev tərəfindən Rusiya hərbi aerodromlarına qarşı həyata keçirilmiş əməliyyatı çox xatırladır. Bu, eyni strateji yanaşmadır. Çox çətin ki, bu bir təsadüf olsun,” – deyə Duqin qeyd edib.
Duqin bu bənzərliyin arxasında daha geniş miqyaslı beynəlxalq koordinasiyanın dayandığını istisna etməyib və baş verənləri “strateji qərarların sinxronluğu” kimi qiymətləndirib.
Musavat.com
14 Iyun 2025
13 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ