İnsanlara hürriyət, millətlərə istiqlal!

Dünyanı bütün silah şirkətləri gəlirlərini artırıb


2023-cü ildə 100 ən böyük silah şirkətinin gəlirləri 632 milyard dollara çatıb ki, bu da 2022-ci illə müqayisədə 4,2% artım deməkdir.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutu (SIPRI) məlumat yayıb.

Ekspertlərin rəyinə görə, silah satışından əldə edilən gəlirlərin artımı bütün regionlarda, xüsusən də Rusiya və Yaxın Şərqdə nəzərə çarpır. Kiçik istehsalçılar Qəzza və Ukraynadakı münaqişələr, Şərqi Asiyada artan gərginlikdən faydalanıblar.

Hesabatda deyilir ki, 100 ən yaxşı şirkət artan tələbata cavab olaraq 2023-cü ildə istehsalını artırıb və gəlirlər 2022-ci illə müqayisədə yenidən artıb. Firmaların təxminən dörddə üçü illik gəlirlərini yüksəldib. Maraqlıdır ki, burada əksəriyyət ilk 100-lük reytinqin sonunda olan şirkətlərə aiddir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

02 Dekabr 2024

BÜTÜN XƏBƏRLƏR