İnsanlara hürriyət, millətlərə istiqlal!

Dünyada qrip dalğası yayılır- Alimlər Covid-19-la əlaqələndirir  

 

İspaniyada yeni qrip dalğası yayılıb. Mütəxəssislər bu aylarda qripə yoluxmanın azalacağını düşünsələr də, əksi baş verir

Musavat.com xarici mediaya istinadən xəbər verir ki, ispanlar bunu "B qrip" dalğası hesab edirlər.

Məlumata görə, 20-26 fevral tarixləri arasında hər 100 min nəfərdə 258-i qripə yoluxub.

Mütəxəssislər bildiriblər ki, Covid-19-la bağlı görülən tədbirlərin nəticəsində insanların immuniteti zəifləyib. Ona görə də bu kimi qriplər geniş yayılır.

"Covid-19 immunitet sisteminə təsir etdi, bu, elmi olaraq müəyyən edilib”.

Bildirilib ki, B qripi dalğası xüsusilə 15 yaşa qədər uşaqlarda müşahidə olunur. İspan mətbuatı yazıb: "Son aylarda hərarətiniz, burnunuzdan axıntı və öskürək yoxdursa, şanslısınız".

Fransada da İspaniya kimi B qrip dalğasının yüksək səviyyədə olduğu bildirilib.

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

09 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR