İnsanlara hürriyət, millətlərə istiqlal!

Dünyada qırmızı siyahıda olan bu heyvan Türkiyədə görüntüləndi

Dünyada nəsli kəsilməkdə olan növlər arasında yer alan ərəb dovşanı Türkiyədə yaxından izlənilib.

Musavat.com xəbər verir ki, Sivaslı təbiət və vəhşi təbiət fotoqrafı Mustafa Aslan Ümumdünya Təbiəti və Təbii Sərvətləri Mühafizə Birliyinin (IUCN) qırmızı siyahısında olan çətin görünən ərəb dovşanının (allactaga williamsi) şəklini çəkməyi bacarıb.

Maraqlı görünüşü ilə diqqət çəkən ərəb dovşanının ayaqları kenquruya, qulaqları dovşana, bədəni isə siçana oxşayır. Ərəb dovşanları da kenquru kimi tullanmaqları ilə tanınır. Kiçik ölçülərinə baxmayaraq, 3 metr yarım tullana bilən ərəb dovşanları düzgün olmayan əkinçilik fəaliyyətləri səbəbindən nəsli kəsilmək təhlükəsi ilə üz-üzədir. Bir çox hissəsinin Türkiyədə yaşadığı bu növün həyatı boyu su içmədən yaşaya biləcəyi düşünülür.

Musavat.com



ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

11 Oktyabr 2024

10 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR