İnsanlara hürriyət, millətlərə istiqlal!

Dünyada koronavirusa yoluxanların sayı 638 milyona çatır

Noyabrın 13-də dünyada təsdiqlənmiş koronavirusa yoluxma hallarının sayı 637 milyon 856 min 163 nəfərə çatıb.

“Report” xəbər verir ki, bu barədə hesablamanı ABŞ-ın Cons Hopkins Universiteti aparıb.

Dünyada virusun yayıldığı gündən indiyədək 6 milyon 620 min 439 nəfər COVID-19-a yoluxmanın fəsadlarından dünyasını dəyişib.

Hər 1 milyon nəfərə düşən ölüm səviyyəsi 850 nəfər təşkil edib.

30 milyondan çox yoluxma olan ölkələr arasında ABŞ, Hindistan, Fransa, Braziliya və Almaniya var.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

13 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR