İnsanlara hürriyət, millətlərə istiqlal!

Dünyada İLK DƏFƏ! 2024-cü ilin martından qüvvəyə minir...

ABŞ-ın Utah ştatında dünyada ilk dəfə olaraq uşaqlardan sosial media proqramlarına abunə olmaq üçün valideyn razılığı tələb ediləcək.

Musavat.com xəbər verir ki, ştat qubernatoru tərəfindən təsdiqlənən qanun valideynlərə övladlarının sosial media hesabları üzərində tam səlahiyyət verir.

Qanuna görə, Instagram, TikTok və ya Facebook-da hesab açmaq istəyən uşaq valideynlərindən xüsusi icazə almalı olacaq. Bununla yanaşı, valideynlər övladlarının mesajlarına və yazılarına çıxış əldə edəcəklər. 

Qanunla axşam saat 22:30-dan səhər saat 6:30-a qədər uşaqların sosial şəbəkələrə daxil olmasının qarşısı alınacaq. Bunun istisnası valideyn razılığı əsasında olacaq. Eyni qanuna görə, sosial media şirkətləri əyalətdəki uşaqlardan məlumat toplaya və ya reklam məqsədləri üçün onları hədəfə ala bilməyəcək.

Qanun dəyişiklikləri 2024-cü il martın 1-dən qüvvəyə minəcək.

Lakin bəzi ekspertlər belə məhdudiyyətlərin problemli evlərdə yaşayan uşaqlara mənfi təsir göstərə biləcəyi qənaətindədir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

09 Oktyabr 2024

08 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR