İnsanlara hürriyət, millətlərə istiqlal!

Dünyada ən çox insan ölümünə səbəb OLAN HEYVANLAR - Bu canlı hər il 700 min insan ÖLDÜRÜR

Hər il yüzlərlə insan ya ehtiyatsızlıq üzündən, ya da digər səbəblərdən heyvanların hücumuna məruz qalır. Təəssüf ki, bir çox hallarda dünyanın ayrı-ayrı ölkələrində yaranan belə təhlükəli vəziyyətlər insan ölümləri ilə nəticələnir.

Dünyada ən çox insan ölümünə səbəb olan heyvanları araşdırıb.

6. Timsah

Timsahlarla bağlı bir çox qorxulu filmlər mövcuddur. Bu heyvanlar hər il minlərlə insanın ölümünə səbəb olurlar.

5. Əqrəb

Ən çox insan ölümünə səbəb olan heyvanlar sıralamasında 5-ci yerdə əqrəblər dayanır. Əqrəblər hər il 300 insanın ölümünə səbəb olur.

4. Quduz heyvanlar

Əsasən də itlərdə görülən bu hal nəticəsində heyvanlar hər il 59 min insanın həyatına son qoyur.

3. İlan

Təbii ki, ilanları unuda bilməzdik. Sürünənlər fəslinə aid olan ilanlar hər il 138 min insan öldürür.

2. İnsan

Nə az, nə çox hər il 400 min insanın ölümünə səbəb olan canlı insandır.

1. Ağcaqanad

Siyahımızın birinci yerində yaya nifrət eləməyimizə səbəb olan ağcaqanadlar qərarlaşıb. Ağcaqanadlar hər il 725 min insanın ölümünə səbəb olurlar.

Ölkə.az

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Oktyabr 2024

04 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR