İnsanlara hürriyət, millətlərə istiqlal!

Dünya Bankından xəbərdarlıq: Neft 157 dollara qədər bahalaşacaq

İsraillə HƏMAS radikal qruplaşması arasında müharibə genişlənərsə, dünya bazarında neftin qiyməti bir barel üçün 157 dollara qədər yüksələ bilər.

Musavat.com xəbər verir ki, bu barədə Dünya Bankının (DB) analitiklərinin hesabatında xəbərdarlıq edilib.

Hesabatda qeyd olunur ki, Yaxın Şərqdə hərbi münaqişənin coğrafiyasının kəskin şəkildə genişlənməsi və bir sıra region dövlətlərinin ona cəlb olunması qlobal enerji bazarının xammal təchizatında ciddi fasilələrlə üzləməsinə gətirib çıxara bilər. Bu halda bazara çatmayan neft həcmləri sutkada 6-8 milyon barel səviyyəsində qiymətləndirilir. Miqyas baxımından belə azalma 1973-cü ildə ərəb neft embarqosu ilə müqayisə oluna bilər: “Bu halda dünya iqtisadiyyatının perspektivləri sürətlə pisləşə bilər”.

Dünya Bankının analitikləri hesab edirlər ki, Yaxın Şərqdəki münaqişə xammal tədarükündə kiçik fasilələrə səbəb olsa belə, qlobal səviyyədə gündəlik təklif 500 min bareldən iki milyon barelə qədər azala bilər. Bu vəziyyətdə neftin birja qiymətləri 93-102 dollar diapazonunda olacaq ki, bu da əlavə inflyasiya təzyiqi yaradacaq. Öz növbəsində, gündəlik 3-5 milyon barel çatışmazlıq neft qiymətini 121 dollara qədər yüksəldə bilər.

Qeyd edək ki, 1973-cü ildə qlobal neft böhranının səbəbi Neft İxrac Edən Ərəb Ölkələri Təşkilatına (OAPEC) üzv ölkələrin Misir və Suriyaya qarşı Yom Kippur müharibəsində İsraili dəstəkləyən dövlətlərə xammal tədarükünü qadağan etməsi idi. Bu qərar nəticəsində Böyük Britaniya, Kanada, Hollandiya, ABŞ və Yaponiya Yaxın Şərq neftini almaq imkanını itirdi. Embarqo 1974-cü ilin martına qədər davam etdi. Bu müddət ərzində xammalın birja qiymətləri 4 dəfə - bir barel üçün 3 dollardan 12 dollara qədər artıb.

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Noyabr 2024

23 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR