İnsanlara hürriyət, millətlərə istiqlal!

Dünya Bankı Azərbaycan üzrə yeni regional menecer təyin etdi

Dünya Bankı Azərbaycan üzrə yeni regional menecer təyin edib.

Musavat.com Trend-ə istinadən xəbər verir ki, regional menecer öhdəlikləri iyulun 1-dən Ştefani Ştalmaysterə ötürüləcək.

Bundan əvvəl Ştalmayster Dünya Bankının Vyetnam, Şərqi Asiya və Sakit Okean regionunda əməliyyatlar üzrə meneceri vəzifəsini tuturdu.

Dünya Bankının Bakıda regional meneceri olan Sara Maykl isə öz növbəsində fəaliyyətinə bankın Vaşinqtondakı baş ofisiində Yaxın Şərq və Şimali Afrika regionu üzrə səlahiyyətli şəxsi qismində davam edəcək.

Xatırladaq ki, S.Maykl 2020-ci ildə Dünya Bankının Azərbaycan üzrə rəhbəri vəzifəsinə təyin edilmişdi.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

27 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR