İnsanlara hürriyət, millətlərə istiqlal!

Duda: "Polşa Ukraynaya 4 “MiQ-29” qırıcı artıq verib, daha 4-ü tədarük mərhələsindədir”

“Polşa Ukraynaya 4 “MiQ-29” qırıcı artıq verib, daha 4-ü tədarük mərhələsindədir”.

“Report” UNIAN-a istinadən xəbər verir ki, bunu Polşa Prezidenti Andjey Duda aprelin 5-də Ukrayna Prezidenti Volodimir Zelenski ilə keçirdiyi birgə mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, Polşa Ukraynaya daha 6 “MiQ-29” göndərməyə hazırlaşır.

Xatırladaq ki, aprelin 5-də Volodimir Zelenski Polşaya rəsmi səfərə gedib.

O, Andjey Duda və başqa rəsmi şəxslərlə görüşüb. Bu, Rusiyanın Ukraynada genişmiqyaslı müharibə başlayandan bəri Volodimir Zelenskinin Polşaya ilk rəsmi səfəridir. Bildirilib ki, prezidentlər Ukraynadakı son durumu, həmçinin hərbi dəstəyi müzakirə ediblər.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

08 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR