İnsanlara hürriyət, millətlərə istiqlal!

Duda: Polşa NATO-nun Şərq cinahında silah anbarları təşkil etməyə çalışır

Polşa potensial təcavüzkarın qarşısını almaq üçün NATO-nun Şərq cinahında silah anbarlarının kütləvi təşkilinin tərəfdarıdır.

APA-nın məlumatına görə, bunu Polşa prezidenti Anjey Duda NATO-nun baş katibi Yens Stoltenberqlə keçirdiyi birgə mətbuat konfransında deyib.

“Biz NATO-nun Şərq cinahında mümkün qədər çox NATO silahı olan anbarlar yaratmaq istəyirik ki, orada hər hansı bir hücum zamanı müttəfiq qüvvələrin sərəncamında olan silahlar saxlanılsın”, o deyib.

Dudanın sözlərinə görə, həm Şərq cinahı ərazisində olan qüvvələr, həm də lazım gələrsə, bu əraziyə gələn qüvvələr silahdan istifadə edə biləcəklər.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

10 Oktyabr 2024

09 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR