İnsanlara hürriyət, millətlərə istiqlal!

DSX-nın akademiyasının kursantı VƏFAT ETDİ - Ölüm səbəbi...

 

Dövlət Sərhəd Xidmətinin Akademiyasının kursantı onkoloji xəstəlikdən dünyasını dəyişib.

Bu barədə Musavat.com-a DSX-nın Mətbuat Mərkəzindən məlumat verilib.

Xəbərdə qeyd edilir ki, Akademiyanın 4-cü kursunda təhsil alan 2001-ci il təvəllüdlü kursant Nağıyev Murad Müslüm oğlu aprelin 13-də müalicə aldığı tibb müəssisəsində onkoloji xəstəlikdən dünyasını dəyişib. “Həkimlər tərəfindən zəruri müalicə tədbirlərinin görülməsinə baxmayaraq, hərbi qulluqçunun həyatını xilas etmək mümkün olmayıb” – deyə, xəbərdə qeyd olunur.

Məsələ ilə bağlı Musavat.com -a açıqlama verən Hərbi Prokurorluğunun mətbuat xidmətinin rəhbəri Firad Əliyev bunları söyləyib: "Daxil olmuş məlum məlumat əsasında Bakı hərbi prokurorluğunun əməkdaşları tərəfindən hadisə yerinə və meyitə baxış keçirilmiş, iş üçün əhəmiyyət kəsb edən predmetlər maddi sübut kimi götürülmüş, izahatlar alınmış və digər zəruri hərəkətlər icra edilmişdir.

Fakt üzrə Bakı hərbi prokurorluğunda başlanılan araşdırma davam etdirilir və qanunvericiliyin tələblərinə uyğun olaraq bütün tədbirlərin görülməsi təmin ediləcəkdir".

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

30 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR