İnsanlara hürriyət, millətlərə istiqlal!

DSX generalı İran-Azərbaycan sərhədində baş verən insidentlərin səbəbini AÇIQLADI

"Azərbaycan geosiyasi baxımdan narkotacirlərin narkotik daşınması üzrə marşrutu üzərində yerləşən ölkədir. Bu, İranla-Azərbaycan sərhədindən keçmək istiqamətində olduğuna görə burada daha çox insidentlər yaşanır".

Musavat.com xəbər verir ki, bunu Dövlət Sərhəd Xidməti (DSX) rəisinin müavini general-leytenant Abbas Xəlilov deyib.

O bildirib ki, dövlət sərhədlərinin qanunlarına məhəl qoymayan silahlı qurumlar olur: "Lakin sərhədçilər tərəfindən qanunauyğun tədbirlər görülüb. Ötən dövr ərzində 5 nəfər sərhəd pozucusu sərhədçilər tərəfindən zərərsizləşdirilib. DSX-nin sərhədçiləri qanunauyğun formada silah istifadə edirlər. Bu halların qarşısının alınması məqsədilə həmin istiqamətdə sərhədçilərin xidməti gücləndirilib".

General-leytenant qeyd edib ki, sərhədçilər ərazi bütövlüyümüzə yönələcək istənilən cəhdə qətiyyətlə cavab verməyə hazırdır.

Nigar HƏSƏNLİ,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

14 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR