İnsanlara hürriyət, millətlərə istiqlal!

DSX-dən əməliyyat: 13 kq-dan artıq narkotik müsadirə edildi

Dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində sərhəd mühafizə və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Dövlət Sərhəd Xidmətindən (DSX) Musavat.com-a verilən məlumata görə, mart ayının 20-də saat 05:35 radələrində Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Göytəpə” sərhəd dəstəsinin İmişli rayonunun Aranlı kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti sahəsində ölkə ərazisinə narkotik vasitələrin qaçaqmalçılıq yolu ilə gətirilməsinə cəhd göstərən 1 nəfər saxlanılıb.

Onun Biləsuvar şəhər sakini 1979-cu il təvəllüdlü Razi Əlipaşa oğlu İsgəndərov olması müəyyənləşdirilib, əlindəki bağlamaya baxış zamanı içərisində təxmini çəkisi 13 kiloqram 680 qram narkotik vasitəyə (8 kiloqram 800 qram “marixuana”, 2 kiloqram 840 qram “tiryək”, 1 kiloqram “heroin”, 1 kiloqram 40 qram “metamfetamin”) bənzər maddələr aşkar olunaraq götürülüb.

Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

10 Oktyabr 2024

09 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR