İnsanlara hürriyət, millətlərə istiqlal!

DSX 76 milyonluq qaçaqmalın keçirilməsinin qarşısını alıb

Azərbaycan sərhədçiləri tərəfindən son 1 il ərzində 448 nəfər sərhəd pozucusu, 861 nəfər sərhəd rejim pozucusu saxlanılıb, 2594 nəfər hüquq-mühafizə orqanları tərəfindən axtarışda olan, 5 nəfər özgəsinə məxsus, 289 nəfər saxta sənədlə dövlət sərhədini pozmağa cəhd edərkən saxlanılıb.

Musavat.com xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidmətinin (DSX) rəis müavini general-leytenant Abbas Xəlilov məlumat verib.

"Ümumi dəyəri təxminən 76 443 870 manat olan qaçaqmalın, o cümlədən 95 151 ədəd psixotrop dərman preparatının və 1 ton 14 kq 275 qram narkotik vasitələrin dövlət sərhədindən keçirilməsinin qarşısı alınıb. Eləcə də Azarbaycana qarşı kəşfiyyat-pozuculuq fəaliyyətinin aşkarlanması istiqamətində həyata keçirilən tədbirlər nəticəsində xarici xüsusi xidmət orqanları tərəfindən əməkdaşlığa cəlb edilən 1 nəfər Azərbaycan vətəndaşı saxlanılıb və 6 nəfər şübhəli şəxs qismində müəyyənləşdirilib", - A.Xəlilov bildirib.

Nigar HƏSƏNLİ,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

14 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR