İnsanlara hürriyət, millətlərə istiqlal!

Döyüldüyü deyilən dindar Ceyhun Balaşovun səhhəti ilə bağlı rəsmi AÇIQLAMA  

 

Penitensiar xidmətin Mətbuat xidməti son günlər sosial şəbəkədə işgəncəyə məruz qalması ilə bağlı paylaşımlar edilən dindar Ceyhun Balaşovla bağlı  açıqlama verib.

Musavat.com xəbər verir ki, açıqlamada bildirilib ki, 14.07.2023-cü il tarixdə C.Balaşov psixi durumu ilə bağlı təcridxanadan Müalicə müəssisəsinə köçürülüb:

“Müayinələr zamanı səhhətində ciddi patalogiya və zorakılıq əlamətləri aşkar olunmayıb. Sosial şəbəkələrdə C.Balaşovun təcridxanada qolunun sınması və işgəncələrlə üzləşməsi barədə məlumatların yayılması və bundan ailə üzvlərinin narahatlıq keçirmələri nəzərə alınaraq 15.07.2023-cü il tarixdə saat 15:00 radələrində ona oğlu və dayısı ilə görüş təqdim olunub. Görüş zamanı həbsdə saxlanılan şəxsin səhhəti, aparılmış müayinələr və nəticələri, habelə görülən tibbi tədbirlər barədə onlara ətraflı məlumat verilib. Tam əmin olmaları üçün qohumlarının iştirakı ilə C.Balaşovun bədən səthinə baxış keçirilib, nəticədə bədən xəsarətləri, pis rəftar və zorakılıq əlamətləri aşkar olunmamış, qohumlarının iştirakı və imzası ilə müvafiq akt tərtib olunub.

Hazırda C.Balaşovun müalicəsi davam etdirilir, səhhəti həkim nəzarətindədir”,-deyə açıqlamada qeyd olunub.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Oktyabr 2024

04 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR