Onlayn ictimai-siyasi qəzet
İstanbulda dövlət xəstəxanasında çəkilən görüntülər rezonans doğurub. Üsküdar Dövlət Xəstəxanasında çalışan psixiatr xəstələrə silah göstərib və bibər qazı sıxaraq onları qorxudub. Bu görüntülərin yayılmasından sonra Türkiyə Səhiyyə Nazirliyi hərəkətə keçib.
Musavat.com xəbər verir ki, İstanbul İl Sağlamlıq Müdiri Abdullah Emre Güner Üsküdarda xəstələrin üzərinə bibər qazı sıxan və işçilərə silah göstərən həkimə qarşı intizam tədbiri görüldüyünü bildirib.
“Bu kontekstdə aidiyyatı üzrə həkim O.K.K.-ya qarşı intizam tənbehi başlanıb, hadisə ilə bağlı məhkəmə orqanlarına məlumat verilib, məsələ bütün aspektləri ilə ətraflı araşdırılır. Əsas prioritetimiz səhiyyə xidmətlərində xəstə hüquqları, etik qaydalar və peşəkar məsuliyyət çərçivəsində fəaliyyət göstərməkdir. Prosesin ədalətli və şəffaf şəkildə aparılacağını və ictimaiyyətin düzgün məlumatlandırılması üçün lazımi açıqlamaların veriləcəyini xüsusilə vurğulamaq istərdim” - o qeyd edib.
Musavat.com
24 Fevral 2025
ŞƏRHLƏRŞƏRH YAZ