İnsanlara hürriyət, millətlərə istiqlal!

“Dövlət rüsumu haqqında” qanuna dəyişikliklər edildi

Parlamentin bu gün keçirilən iclasında “Dövlət rüsumu haqqında” qanuna dəyişiklik layihəsi müzakirə olunub.

Musavat.com-un məlumatına görə, layihədə Azərbaycan ərazisində əmək fəaliyyətinə cəlb edilən əcnəbilərə iş icazəsinin verilməsinə və müddətinin uzadılmasına görə yeni rüsumlar müəyyənləşir. Dəyişikliyə əsasən, Azərbaycanda haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaq üçün əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə iş icazəsinin verilməsinə və müddətinin uzadılmasına görə aşağıdakı rüsumlar alınacaq:

1. on iş günü müddətində verildikdə və ya müddəti uzadıldıqda:

1 il 6 ayadək - 1600 manat;

2 ilədək - 1800 manat;

2. on beş iş günü müddətində verildikdə və ya müddəti uzadıldıqda:

1 il 6 ayadək - 1400 manat;

2 ilədək - 1600 manat;

3. iyirmi iş günü müddətində verildikdə və ya müddəti uzadıldıqda:

1 il 6 ayadək - 1200 manat;

2 ilədək - 1400 manat məbləğində dövlət rüsumu alınacaq.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

02 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR