İnsanlara hürriyət, millətlərə istiqlal!

Dövlət Məşğulluq Agentliyinin xidmətlərinə cəlb edilənlərin sayı açıqlandı

"Şəhid ailə üzvləri, müharibədə xəsarət alan şəxslər və müharibə iştirakçılarından 3957 nəfər Dövlət Məşğulluq Agentliyinin xidmətlərindən imtina edib"

Musavat.com xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Mustafa Abbasbəyli 2022-ci ilin yekunlarına dair mətbuat konfransında deyib.

Onun sözlərinə görə, DMA xidmətlərinə cəlb edilə bilməyənlərin sayı 5431 nəfər olub: "Bu günə qədər 21487 nəfər Dövlət Məşğulluq Agentliyinin xidmətlərinə cəlb edilib ki, onlardan 16416 nəfəri özünəməşğulluq proqramlarındadır. 1500-ə yaxın şəxs isə işi və qazancı olduğu üçün məşğulluq tədbirlərinə cəlb oluna bilməyib".

Nigar HƏSƏNLİ,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

11 Oktyabr 2024

10 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR