İnsanlara hürriyət, millətlərə istiqlal!

Dövlət Komitəsi Böyük Qayıdışa həsr olunmuş növbəti fləşmob keçirib

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi Böyük işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışa həsr olunmuş növbəti fləşmob təşkil edib. Fləşmobda doğma yurda qayıdan və qayıtmağa hazırlaşan keçmiş məcburi köçkün həmvətənlərimiz iştirak ediblər.

Fləşmob haqqında hazırlanmış videoçarxda dövlətimizin başçısının işğaldan azad edilmiş ərazilərə səfərlərindən, həmin ərazilərdə salınmış yaşayış məntəqələrindən, həmçinin məcburi köçkünlərin müvəqqəti məskunlaşdıqları qəsəbələrdən kadrlar verilib və Xalq şairi Bəxtiyar Vahabzadənin “Vətən marşı” şeiri müəllifin öz səsi ilə səsləndirilib.

Xatırladaq ki, Prezident İlham Əliyevin tapışırıqlarına uyğun olaraq, Qarabağa və Şərqi Zəngəzura Böyük Qayıdış Proqramı intensiv qaydada icra edilir. İndiyədək 2263 ailə, yəni 8660 nəfər doğma yurda köçürülüb.

Fləşmob haqqında videoçarxı təqdim edirik.

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR