İnsanlara hürriyət, millətlərə istiqlal!

Dövlət Komissiyası: "İtkin düşmüş şəxslərin 80 faizinin ailəsindən DNT nümunələri toplanıb"

"Qalıqların eyniləşdirilməsi vaxt tələb edən məsələdir".

Musavat.com xəbər verir ki, bunu Əsir və itkin düşmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası işçi qrupu rəhbərinin müavini Eldar Səmədov Azərbaycanda itkin düşmüş şəxslər probleminə həsr olunmuş brifinqdə deyib.

O bildirib ki, bu proses uzun çəkə bilər: "Amma təcrübəli ekspertlər prosesə cəlb olunub. Vətəndaşlarımız çoxsaylı müraciətləri əsasında biz təhlillər aparırıq".

Qurum rəsmisinin sözlərinə görə, eyniləşdirilmə prosesi davamlıdır: "İtkin düşmüş şəxslərin 80 faizinin ailəsindən DNT nümunələri toplanıb. Bu, eyniləşdirmə üçün vacibdir".

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR