İnsanlara hürriyət, millətlərə istiqlal!

"Dövlət Departamentinin Azərbaycanda dini etiqad azadlığı ilə bağlı mövqeyi tamamilə qərəzlidir" - Aleksi Nikonorov

ABŞ dövlət katibi Antoni Blinkenin Azərbaycanda dini etiqad azadlığı ilə bağlı səsləndirdiyi mövqe tamamilə qərəzlidir.

Bu barədə Trend-ə Bakı Yeparxiya Administrasiyasının katibi, Müqəddəs Mirradaşıyan Qadın Arximandrit Katedralinin rektoru Aleksi Nikonorov deyib.

"Xatırladaq ki, düz iki ay əvvəl Amerikanın “Fox News” xəbər kanalının efirində müəyyən “beynəlxalq xristian konserni”nin prezidenti Ceff Kinq artıq “ilin təqibi” ilə və 2023-cü ildə "xristianların təqib miqyasına görə" ilk 10 ölkəyə daxil olması ilə bağlı hesabat təqdim etmişdi. Erudisiyalı oxucuya aydındır ki, çoxlu sayda Qərb, əsasən amerikalı insan haqları təşkilatları müəyyən ölkədə dini etiqad azadlığı ilə bağlı öz etibarlı məlumatlarını əldə etmək və öz analitik strategiyalarından istifadə etməklə emal etmək üçün kifayət qədər bürokratik aparat və infrastruktura malik deyillər. Onlar müxtəlif, həmişə etibarlı olmayan və çox vaxt qərəzli mənbələrdən və analitiklərdən, o cümlədən müxalif mənbələrdən alınan məlumatlara etibar edirlər. Bu cür məlumatlar, təbii ki, məlumat verənlərin dürüst mövqelərini ehtiva etmir. Və heç də təəccüblü deyil ki, bu nəticələrin çox vaxt reallıqla heç bir əlaqəsi yoxdur", - o deyib.

Arximandrit Aleksi Nikonorov hesab edir ki, ABŞ dövlət katibinin bəyanatlarının arxasında Azərbaycanı nüfuzdan salmaqda, onun beynəlxalq siyasi və ictimai strukturlar qarşısında mənfi imicini yaratmaqda maraqlı olan anti-Azərbaycan lobbiçiləri dayanır.

"Ölkəmiz müsəlman, xristian və yəhudi əhalinin dinc yanaşı yaşaması və qarşılıqlı fəaliyyəti, birgə yaradıcılıq fəaliyyətinin çoxəsrlik unikal təcrübəsi toplayıb. Unikal fenomen - Azərbaycanda bir çox dövlətlərdə və cəmiyyətlərdə sadə vətəndaşlar arasında gündəlik səviyyədə dinlərarası dialoqun inkişafına mane olan problem praktiki olaraq yoxdur", - o izah edib.

Arximandrit Aleksi Nikonorov Azərbaycanın cəmiyyətdə mədəni müxtəlifliyə xüsusi diqqət yetirdiyini, dini və milli mənsubiyyətindən asılı olmayaraq, hər bir vətəndaşın hüquq və azadlıqlarının təminatçısı kimi çıxış etdiyini vurğulayıb.

"Azərbaycan Respublikasının Konstitusiyası milliyyətindən, dinindən və dilindən asılı olmayaraq bütün vətəndaşların qanun qarşısında bərabərliyini təmin edir. Eyni zamanda, dövlət qeyri-müsəlman icmalarına qanunla müəyyən edilmiş fəaliyyətlərində hərtərəfli dəstək verir, dinlərarası və multikultural dialoqa təkan verir. Heç kimə sirr deyil ki, Qarabağ bölgəsində 30 ildir davam edən ərazi münaqişəsi dövründə bu qarşıdurmaya dini çalar vermək istəyən qüvvələr meydana çıxıb. Amma xalqımızın müdrikliyi, Qafqaz Müsəlmanlarının dini lideri Şeyxülislam Allahşükür Paşazadənin siyasi iradəsi, eləcə də Rus Pravoslav Kilsəsinin vasitəçilik rolu sayəsində bütün bu kimi cəhdlərin qarşısı tamamilə alınıb. Aydındır ki, Azərbaycanın uğurları, ərazi bütövlüyünün tam bərpası, cəmiyyətin birliyi və digər müsbət amillər ölkəmizin siyasi mövqelərini və Cənubi Qafqazda aparıcı rolunu aşkar şəkildə zəiflətməkdə maraqlı olan düşmənlərimizə rahatlıq vermir. Onlar Azərbaycanın öz ərazisini işğaldan azad etməkdə əldə etdiyi uğurları pantürkist qüvvələrlə xristianların mübarizəsi kimi təqdim etməyə çalışırlar. Xristianlar dedikdə, Qarabağ bölgəsindən erməni əhalisinin qonşu respublikaya təkidi çağırışlarla köçürülməsi, “qaçqın” mövzusunda siyasi qüvvələrin pul qazanması heç kimə sirr deyil. Beləliklə, Antoni Blinkenin səsləndirdiyi mövqe tamamilə inandırıcı deyil və qərəzli görünür. Əminəm ki, bu, Azərbaycanın irəliyə getməsinə, ictimai və vətəndaş institutlarının tam konsolidasiyası ilə siyasi və iqtisadi qüdrətini möhkəmləndirməyə, dinlərarası və millətlərarası münasibətlər nümunəsi göstərməyə davam etməyə mane olmayacaq", - arximandrit Aleksi Nikonorov deyib.

Xatırladaq ki, yanvarın 4-də ABŞ-nin dövlət katibi Antoni Blinken dini etiqad azadlığı ilə bağlı bir sıra ölkələrin, o cümlədən Azərbaycanın da “izləmə siyahısı”na daxil edildiyini açıqlamışdı.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

28 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR