İnsanlara hürriyət, millətlərə istiqlal!

Donor orqanlara görə tətbiq olunan cərimələrin məbləği müəyyən edildi

Milli Məclisin iclasında İnzibati Xətalar Məcəlləsinə dəyişiklik layihəsi müzakirəyə çıxarılaraq qəbul edildi. Qaydalara əsasən, insan orqan və toxumalarının donorluğu və transplantasiyası haqqında qanunvericiliyin pozulmasına görə yeni cərimələr müəyyənləşəcək.

Layihədə bildirilir ki, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın - qurumun - təsdiq etdiyi siyahıya daxil olmayan tibb müəssisələri və ya digər şəxslər tərəfindən donor orqanların hazırlanması, saxlanılması, daşınması, idxalı və ixracına görə vəzifəli şəxslər 3000 manatdan 5000 manatadək məbləğdə hüquqi şəxslər 7000 manatdan 10000 manatadək məbləğdə cərimə ediləcək.

Qanun layihəsi səsə qoyularaq üçüncü oxunuşda qəbul edildi.

E.Paşasoy,

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Oktyabr 2024

06 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR