İnsanlara hürriyət, millətlərə istiqlal!

Donetskdə 9 nəfərin ölümündə şübhəli bilinənlər saxlanılıb

Rusiyanın hüquq-mühafizə orqanlarının əməkdaşları Donetskdə doqquz nəfərin qətlində şübhəli bilinən iki nəfəri saxlayıb.

APA RF İstintaq Komitəsinə istinadla xəbər verir ki, onların Uzaq Şərqdən olan hərbçilər olduğu müəyyən edilib.

“Rusiya Daxili İşlər Nazirliyinin istintaq idarəsinin əməkdaşlarının işi nəticəsində bu cinayətin törədilməsində iştirak edən iki nəfərin şəxsiyyətini müəyyən etmək mümkün olub. Onlar Uzaq Şərqdən olan, müqavilə əsasında hərbi xidmət keçən rusiyalı hərbçilərdir” – deyə məlumatda bildirilir.

Faktla bağlı Rusiya Federasiyası Cinayət Məcəlləsinin 105-ci maddəsi (qəsdən adam öldürmə) ilə cinayət işi açılıb.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Oktyabr 2024

02 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR