Onlayn ictimai-siyasi qəzet
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya lideri Vladimir Putinlə telefon danışığı aparıb.
Musavat.com xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyası məlumat yayıb.
Danışıqlar zamanı Ərdoğan Ukrayna ilə Rusiyanın birbaşa danışıqlarının üçüncü raundunun başlanmasının vacibliyini vurğulayıb və bu görüşlərin İstanbulda keçirilməsinə hazır olduqlarını bildirib.
"Türkiyə ilə Rusiya arasında ikitərəfli münasibətlər, regional və qlobal məsələlər müzakirə edilib. Prezident Ərdoğan Rusiya ilə Ukrayna arasında danışıqların üçüncü raundunun başlamasının vacib olduğunu, tərəflər üçün münasib tarixlər müəyyən edildikdə Türkiyənin İstanbulda danışıqlara ev sahibliyi etməyə davam edəcəyini bildirib", – deyə məlumatda qeyd olunur.
Ərdoğan telefon danışığı zamanı həmçinin Suriyada sabitliyin təmin olunmasının Türkiyənin əsas hədəflərindən biri olduğunu Putinə çatdırıb.
Musavat.com
19 Iyul 2025
18 Iyul 2025
ŞƏRHLƏRŞƏRH YAZ