İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiya səfirinin daşnak liderlə Azərbaycan və Türkiyə qeybəti

Daşnaksütyun partiyasının Yaxın Şərq regionu üzrə məsul koordinatoru Akop Baqratuni Rusiyanın Livandakı səfiri Aleksandr Rudakovla görüşüb.

Musavat.com xəbər verir ki, bu barədə Beyrutun “Azdak” qəzeti yazıb. Nəşrin verdiyi məlumata görə, görüşdə Yaxın Şərqdəki vəziyyət, cari hadisələr və onların inkişafı müzakirə olunub.

Tərəflər Qafqazdakı vəziyyətə, Azərbaycan-Türkiyə müttəfiqliyinə və onun Ermənistana təsirinə xüsusi diqqət yetiriblər.
Rusiya səfiri Ermənistanda baş verən hadisələrdən və onların nəticələrindən narahatlığını bildirib.

Qeyd edək ki, son günlər Daşnaksütyun partiyası xüsusilə gənclər və tələbələr qondarma “Artsax”a qayıdış adı altında yenidən anti-Azərbaycan və anti-Türkiyə aksiyaları keçirirlər. Sonuncu belə aksiya İrəvanda keçirilib. Daşnaksütyunun Büro üzvü Hovsep Ter-Gevorgyan çıxışında deyib ki, “beynəlxalq ictimaiyyət, düşmənlərimiz və Ermənistan hakimiyyəti Artsaxın səhifəsini bağlamaq istəmələrinə baxmayaraq, biz mübarizədən əl çəkməməliyik”. 

daşnak bayraq.jpg (26 KB)

Mher Karaqaşyan isə “Artsax qaytarılacaq, hərbi əsirlər qayıdacaq, biz xalqa ümid və inamı qaytaracağıq, daşnak gəncləri bunu etməlidir. Daşnaksütyun 135 illik tarixi ərzində qətiyyətini itirməyib və buna görə də erməni xalqının hüquqları uğrunda mübarizədə aparıcı qüvvəyə çevrilib” deyib.

Livanda təxminən 140-165 min erməni yaşayır. Onlar Livanın müxtəlif bölgələrində, əsasən də paytaxt Beyrutda məskunlaşıblar. Bundan başqa, erməni icması ölkənin digər şəhər və rayonlarında da yayılıb. Livandakı erməni icması ölkə parlamentində təmsil olunurlar. Livan hökumətində iki erməni nazir var. Livanda Erməni Universiteti də fəaliyyət göstərir.

1997-ci ildə Livan qondarma erməni soyqırımını tanıyıb. 

livan.jpeg (198 KB)

Səfir Aleksandr Rudakova gəlincə, 1990-cı ildə Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunu bitirib. Ərəb və ingilis dillərini bilir. 1990-cı ildən Yəmən və Suriyada Sovet və Rusiyanın diplomatik nümayəndəliklərində çalışıb. 2012–2017-ci illərdə o, Ramallahda Fələstin Milli Administrasiyasında (Fələstin Dövləti) Rusiya missiyasına rəhbərlik edib.

2017–2020-ci illərdə Rusiya Xarici İşlər Nazirliyinin Yaxın Şərq və Şimali Afrika Departamentinin direktor müavini olub.

2020-ci ildən Rusiya Federasiyasının Livan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiridir. Onun daşnak liderlərdən biri ilə Qafqazı, eləcə də Azərbaycan və Türkiyəni qeybət etməsi diqqət çəkir.

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

19 Iyul 2025

BÜTÜN XƏBƏRLƏR