Onlayn ictimai-siyasi qəzet
Suriyanın cənubunda hökumətyönlü qüvvələrlə druz icması arasında ağır döyüşlər davam edir.
Musavat.com xəbər verir ki, Əs-Suveyda vilayətində bütöv kəndlərin alova büründüyü bildirilir.
Suriya hökuməti tərəfindən dəstəklənən tayfa birləşmələri Suveyda şəhərinə hücum etmək cəhdlərini davam etdirirlər. Druzlar arasında çoxlu sayda ölən və yaralanan var. Qadınlar və uşaqlar əsir götürülür. Silahlı qrupların tərəfində də itkilər qeydə alınıb.
Suriya İnsan Hüquqları Şəbəkəsinin məlumatına görə, son günlər baş verən silahlı toqquşmalar nəticəsində azı 321 nəfər həlak olub. Ölənlər arasında qadınlar, uşaqlar və tibb işçiləri də var. Yaralananların sayı isə 436 nəfərə çatır.
Təşkilat qeyd edib ki, bunlar ilkin məlumatlardır və yenilənəcək.
Bundan əvvəl Suriyanın Hələp şəhərində tələbələr öz druz həmyaşıdlarına daş atıblar. Nəticədə dörd druz tələbə ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Hadisə İsrailin Suriyaya endirdiyi hava zərbəsindən bir gün sonra baş verib.
Musavat.com
20 Iyul 2025
ŞƏRHLƏRŞƏRH YAZ